Böhran dərinləşir: Azərbaycan Avropanı təbii qazla təmin edə bilər?


Böhran dərinləşir: Azərbaycan Avropanı təbii qazla təmin edə bilər?


“Gəlin Rusiyadan qazın tədarükünü dayandırmağa hazırlaşaq. Bu gün ən çox ehtimal olunan ssenari budur".
Bunu Fransanın maliyyə naziri Bruno Le Mer deyib.
Görünən odur ki, Fransa da Rusiyadan üz döndərir. Son zamanlarda bir çox Avropa ölkəsi Rusiyadan qaz tədarükünü dayandıracağını açıqlayır. Bu isə rəsmi Moskvanın əlindəki qaz kozuru da əlindən çıxaracaq. Təbii ki, bunun nəticəsində Avropada qaz böhranı da qaçılmaz olacaq.
Bəs Azərbaycan qazı Avropanı bu böhrandan çıxara bilər?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, Azərbaycan qazı ilə Avropadakı böhranın aradan qaldırılması mümkün deyil:

"Bizim mövcud Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) təbii qaz boru kəməri sistemlərinə inteqrasiya olunmuş xəttimiz var. Bu gün Azərbaycanın İtaliya, Albaniya, Yunanıstan və Bolqarıstanın qaz təchizatında müəyyən payı var. Amma ümumilikdə Avropanın qaz təchizatının heç 2 faizini təmin etmək imkanlarımız yoxdur. TAP-ı texnini cəhətdən ilkin olaraq 10 milyard, sonradan isə 20 milyard kubmetrə artırmaq olar. Ancaq bu gün bütün Avropanı qazla təchiz etməyə hazır deyilik.
Azərbaycan qazı ilə Avropadakı böhran həll oluna bilməz. Buna baxmayaraq, mərhələli şəkikdə texniki olaraq qazın nəql həcmini artırmaq olar. Yəni boruların şaxələnməsi, o cümlədən Türkmənistan və İran kimi ölkələrin də bu xəttə qoşulması ilə Avropa İttifaqının qaz təhlükəsizliyindəki payımızı artıra bilərik. Amma bütün Avropanı qazla təmin etmək üçün düşünmək həm tezdir, həm də texniki cəhətdən imkanlar yoxdur".
Tarix: 11-07-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti