Deputatdan benzinlə bağlı açıqlama: "Beynəlxalq konvensiyalara qoşulmuşuqsa, müəyyən qiymət tənzimlənməsində iştirak etməliyik"


“Aİ-95 markalı benzinin bahalaşacağı ilə bağlı dəqiq məlumat eşitməmişəm. Bizdə xidməti avtomobildir. Deyəsən, Aİ-93 markalı benzin istifadə olunur. Düzü, bununla maraqlanmıram. Deputatlara limit ayırırlar, benzini ordan verirlər. Amma istənilən halda, heç kim bahalaşmanın tərəfdarı deyil”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
 
Deputat bildirib ki, dünya bazar qiymətləri mövcuddur: “Azərbaycan da gərək dünya bazar qiymətləri ilə ayaqlaşsın. İstəməzdim ki, yanacaq qiymətləri bahalaşsın. Ancaq zərurət yaranırsa, biz, doğrudan da, beynəlxalq müqavilələrə, konvensiyalara qoşulmuşuqsa, müəyyən qiymət tənzimlənməsində iştirak etməliyik”.
Tarix: 12-07-2022, 22:33
Xəbəri paylaş





Xəbər lenti