Prezidentin köməkçisi: Əhalinin gəliri iqtisadi artım tempini üstələyir



2018-2022-ci illərdə Azərbaycanda əməkhaqqının ümumi daxili məhsuldakı (ÜDM) payı 12,7%-dən 17,1%-ə yüksəlib.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır: “Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır. 2018-2022-ci illərdə orta əməkhaqqı 41%, median əməkhaqqı 86%, minimum əməkhaqqı isə 2,3 dəfə artb.
Burdan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması , digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir"./Cebhe.info /
Tarix: 28-07-2022, 17:54
Xəbəri paylaş





Xəbər lenti