Dövlət Agentliyinin 1 tenderiylə 4 milyon qazanan "EL-Seym İnşaat" MMC hansı tenderləri udur?


Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət - “tender çempionu” aşkar edilib. DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu – "EL-Seym İnşaat" MMC-dir (VÖEN: 1000202761).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 4 milyon 879 min manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 4 tenderlə əldə edib – bir tenderin orta qiyməti 1 milyon 220 min manatdır.

"EL-Seym İnşaat" MMC-nin əsas “müştərisi” Qida Təhlükəsizliyi Agentliyi olub. Şirkət 4 tenderdən 1-ni bu qurumdan udmaqla 4 milyon 269 min manat qazanıb. Bu isə ümumi tenderlərin 84 faizi deməkdir.

Digər 3 tenderi isə Ədliyyə Nazirliyi və Şamaxi Rayon İcra Hakimiyyəti udub - 610 min 121 manat.

Qeyd edək ki, şirkət əsasən, küçələrinin abadlaşdırılması, cari təmir işlərinin satın alınması üzrə xidmət göstərir.

Tarix: 3-08-2022, 14:36
Xəbəri paylaş





Xəbər lenti