Bəs, kredit borcuna görə şəxs məhkəməyə verildikdə nə etməlidir?
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu məsələlərdə məhkəmə vətəndaşların xeyrinə qərar çıxartmır.
Onun sözlərinə görə, bir qayda olaraq vətəndaş məhkəmənin qərarı əsasında o borcu ödəməlidir:
“Hər bir halda borclu bilməlidir ki, krediti vaxtında vermirsə, ona həm faizlər, həm də cərimələr hesablanır. Əgər müqavilədə yoxdursa, o zaman onları ödəmir. Amma, müqavilədə adətən bunlar olur və banklar vətəndaşa cərimə yazır. Düzdür, məhkəmələr adətən cəriməni endirir. Əgər cərimə çox olarsa, vətəndaş məhkəmədən xahiş etsin ki, cərimənin həcmini endirsinlər. Həmçinin, məhkəmə hesablamaların ekspertizisiyasını keçirtsin. Çünki, adətən banklar vətəndaşa artıq borc yazırlar və ekspertiziya onu azaldır. Bunlar ümumi məsləhətlərdir. Çünki hər bir kreditin özünün təfərrüatları ola bilər. Borc varsa, onsuz da məhkəmə vətəndaşın xeyrinə qərar çıxarmayacaq. Bir qayda olaraq məhkəmə qərar verəcək ki, o borcu vətəndaş ödəməlidir. Amma, təbii vətəndaşın pulu yoxdursa, işi yoxdursa, o pulu ödəyə bilməyəcək, yaxud da ki, hissə-hissə ödəyəcək. Buna görə, ona heç nə edə bilməzlər. Amma, girovu varsa əmlaka yönəldilə bilər, zamini varsa birmənalı şəkildə zamindən pul tutula bilər”.