Büdcəni belə dağıdırlar


ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, “əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə.”
Maraqlıdır, ölkə üzrə taxılın məhsuldarlığı 31 sentner olduğu halda işğaldan azad edilmiş xam ərazilərdə necə ola bilər ki, hər hektardan 10 sentnerdən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb. Halbuki, orda qeyd olunan 50 min hektar əkin sahəsi üçün büdcədən 11 milyon manat subsidiya xərclənib. Belə çıxır ki, taxılı 17 min hektarda əkib, 50 min hektara subsidiya alıblar.
Digər tərəfdən də bu gün Dövlət Statistika Komitəsi quraqlıq səbəbindən məhv olmuş qışlıq əkin sahələrinə dair yekun məlumatı təqdim edib və məlum olub ki, yaz səpinləri başa çatana kimi 1 milyon 32 min hektar payızlıq taxıl və yem bitkilərinin 922 mini zərər görməyib, yəni 110 min hektarda ziyana batmışıq. Halbuki, 110 min hektara da 23,1 milyon subsidiya ayrılıb. Büdcəni belə dağıdırlar.
Sonra da prezidentdən tutmuş kənd təsərrüfatı nazirinə kimi hamısı aqrar sektorda yaranan bütün problemləri quraqlığın üzərinə atlrlar.
Baxın, tutumuna və həcminə görə Azərbaycanın üçüncü su anbarı Araz çayı üzərində Xudafərin su anbarı, eləcə də Tərtər, Həkəri və Bazar (və ya Bərgüşad) çayları bizim nəzarətimizdədir. Qarabağda ən vacib su mənbələrindən biri olan Sərsəng su anbarı yeganə vacib su ehtiyatıdır ki, “kapitulyasiya olmuş ermənilərin” nəzarətində qalıb.
Görün, bunlar kənd təsərrüfatını nə günə saldılar, 1 hektardan 10 setnerdən az məhsul götürmək nə deməkdir, yalandan bağ belə, bostan belə danışmaqla deyil, işi bilənlərə tapşırmaq lazımdır. Problem korrupsiyada və yarıtmaz idarəetmədədir!
Verin torpağı sahibinə onlar bilirlər necə əkib becərmək lazımdır!
Tarix: 20-08-2022, 14:27
Xəbəri paylaş





Xəbər lenti