"№1" çörəkləri son bir ildə 3-cü dəfə bahalaşdı - YENİ QİYMƏT


"№1" çörəkləri son bir ildə 3-cü dəfə bahalaşdı - YENİ QİYMƏT
"№1" Çörək zavodu son bir ildə qiymətləri 3-cü dəfə artırıb.

Bu gündən zavod 400 qramlıq "№1" sadə baton çörəyinin qiymətini 15 qəpik artıraraq 95 qəpiyə yüksəldib. "№1" Çörək zavodu 2021-ci ilin sentyabr ayında sadə baton çörəyinin qiymətini 55 qəpikdən 70 qəpiyə, 2022-ci ilin yanvar ayında isə 70 qəpikdən 80 qəpiyə qaldırmışdı.

Beləliklə, "№1" Çörək zavodu 1 kq "№1" sadə batonlardan 2 manat 37.5 qəpik qazanır.

"Zavod çörəyi"nin qiyməti isə 65 qəpikdən 70 qəpiyə yüksəldilib.

"№1" Çörək zavodu dövlətin krediti və “Gilan Holding” MMC-nin vəsaiti hesabına 2013-cü ildə istifadəyə verilib. //marja.az//
Tarix: 26-08-2022, 22:30
Xəbəri paylaş





Xəbər lenti