"Azneft" rəhbərliyinin `BREJNEV ÜSULU` - "Əgər özünüzə güvənirsinizsə..."


Bu günlərdə Neft Daşlarına SOCAR rəhbərliyinin ziyarəti təşkil olundu. Bununla yanaşı qeyd olunaan ünvanda bir yoxlama-təftiş də həyata keçirdilər. Bununıa bağlı DİA.AZ-a yazan neftçilər maraqlı məqama toxunurlar.

Neftçilər dia.az-a müraciətlərində qeyd edir:

"Sovetlər dönəmində Brejnev Bakıya gələndə onu Serebrovski adına NQÇİ-nin,( sonra Qum Adası NQÇİ, sonra parçalayıb bir hissəsini Cona, bir hissəsini Qlobal Enerjiyə verilən) 60-cı meydançasına apardılar. Orda operator qadınlar onu çaya qonaq etdilər(ssenariyə əsasən). Hətta qadınlar nə danışmalı idi onu da əzbərlətmişdilər.Həmin 60-cı meydança və operetorların otağı və Brejnevin çay içdiyi stəkan bir müddət "muzeyə" çevrilmişdi.
İndi də Neft Daşlarına gedən yüksək vəzifəli qonaqlar üçün belə ssenari hazırlanmışdı. Hansı yataqxananı göstərməli, kimlər danışmalı,kimlər susmalı, işçilərə iaşə xidməti göstərən Xəzəriaşənin neftçilərə etdiyi "xidmət və təminatı, çeşid-çeşid yeməklər" təqdim etməsi və s. hamısı ssenariyə daxil edilmişdi. Niyə reallıq gizlədilir,niyə? Məqsəd?
"Duxunuz çatırsa", qonaqlarınızı köhnə özüllərə,estakadalara, aparın. Dənizdən qorxurlarsa,quruda neft hasil edən idarələrə aparın. İşçilərin iş şəraiti,onların təminatı, əmək haqları,sosial problemi ilə tanış olsunlar. Özləri sizsiz gedə bilməzlər. "Kaçalka" görməyən adamlardır.
Unutmayın ki,paylaşdığınız şəkillərə ərizələrinə cavab verilməyən( yaxud qanuna zidd olaraq ərizəsi şikayət etdiyi şəxsə göndərilən)əmək hüquqları pozulan çoxlu sayda işçilər, əmək haqqı aşağı olan ,sizin əmək haqlarınıza əlavə edilən pullara həsrətlə baxan azmaaşlı işçilər , və s baxır.Və sonda deyirlər: yalançının..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməə hazırıq...
Tarix: 16-09-2022, 10:38
Xəbəri paylaş





Xəbər lenti