Azərbaycanda məşhur şirkətin sahibləri toplanır – İLQAR ƏLİYEV VƏ RİYAD ƏLİYEV İCLASDA

Azərbaycanda məşhur şirkətin sahibləri toplanır
Sentyabr ayının 30-da “Azinteroil”MMC-nin təsisçilərinin ümumi yığıncağı keçiriləcək.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin müdiriyyəti məlumat yayıb.
Bununla əlaqədar olaraq şirkətin təsisçilərinə mətbuat vasitəsilə müracitə edilərək onlar iclasa dəvət olunublar.

Xatırladaq ki, “Azinteroil”MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu, Məmmədov İlham Almas oğlu və Şahbazov Şahbaz Qara oğludur.

Müraciət isə bu təsisçilərdən iki si- Əliyev İlqar və Məmmədov İlham, eləcə də investor olaraq Riyad Əliyev (Əliyev İlqarın oğlu) tərəfindən edilib.

Elanda bildirilir:

“Azinteroil”MMC-nin təsisçiləri

Əliyev İlqar Aqil oğluna

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi ev 138, mənzil 9.

Məmmədov İlham Almas oğluna

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 187, mənzil 30.

Şahbazov Şahbaz Qara oğluna

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ev 48A.

Bildiririk ki, siz “Azinteroil” MMC-nin təsisçiləri Əliyev İlqar Aqil oğlu və Məmmədov İlham Almas oğlunun, eləcə də investor Əliyev Riyad İlqar oğlunun müraciətləri əsasında “Azinteroil” MMC-nin nizamnaməsinin 9.1-ci bəndini rəhbər tutaraq, 30 sentyabr 2022-ci il saat 17.00-da Bakı şəhəri, Moskva prospekti 1058 nömrəli ünvanda keçiriləcək təsisçilərin ümumi yığıncağına dəvət edilirsiniz.

“Azinteroil” MMC-nin müdiriyyəti
Tarix: 28-09-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti