Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb

2008-ci ilin yanvarından bu yana ən aşağı göstərici qeydə alınıb
Çin yuanının dollar qarşısında dəyəri ABŞ Federal Ehtiyat Sisteminin (FED) son faiz artımından sonra ucuzlaşıb.
AYNA xəbər verir ki, dollar-yuan valyuta səbəti ilk dəfə olaraq psixoloji həddi keçib.
Çin pul bazarlarında bu gün bir dollar 7,2458 yuan səviyyəsində müəyyən olunub.
Bu 2008-ci ilin yanvarından bu yana ən aşağı göstəricidir.
Çin yuanı FED-in 21 sentyabrda etdiyi son faiz artımından sonra son bir həftədə 3 faiz dəyər itirib.
Tarix: 29-09-2022, 08:20
Xəbəri paylaş





Xəbər lenti