Bəzi marketlər müştəriləri aldadır: - "Qoz almışam, ləpənin qiymətini..."


Bəzi marketlər müştəriləri aldadır:
Marketlərdə qiymət oyunu var.

Məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiymət artır. Bu barədə bir neçə gün öncə Rüfət Quliyev Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deyib. Azərbayacanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodunun ortaya çıxdığını iddia edən deputat ARB kanalına danışıb.

O bildirib ki, "bəyəm orada gömrük, vergi postu var? Nə var orada ki, qiyməti belə qaldırırsınız? Alıcılara qarşı diqqətli olsunlar. Oyunları dayandırmaq lazımdır!".

Siam.az cebhe.info-ya istinadla xəbər verir ki, bununla bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deputatın fikirləri ilə razılaşıb və bildirib ki, hər gün birliyə ölkənin müxtəlif yerlərindən çoxsaylı zənglər daxil olur:

"Təəssüf ki, bu geniş yayılıb. Ölkədə satışda yeni texnologiyalar tətbiq olunduqca alt qatlarında istehlakçının aldadılması dayanır. Bu cür vəziyyətin daha çox böyük marketlərdə yaşandığı bildirilir. Tək bir marketdə bir ildə dəflələrlə aldadılma jestini gördüyünü deyib. Əgər bunu hesablasaq, belə çıxır ki, Azərbaycan istehlakçıları qiymətdə ən azı beş yüz milyon manat aldadılır".

AİİB sədri bir marketin onu bir ildə 100 manatadək aldatma cəhdi etdiyini açıqlayıb:

"Bu hələ mənim bildiyim məlumatdır. Qabıqlı qoz almışam, ləpənin qiymətini kassaya vurublar. 8 manatlıq ərzaq almışam 68 manat vurublar. Kartla ödəniş etmişəm, telefonuma baxmasaydım bilməzdim. İstehlakçılara məsləhət edirəm ki, kartla ödəniş etdikdən sonra telefonlarına mütləq baxsınlar, qəbzini çəkib saxlasınlar və yerindəcə məsələnin həllinə nail olsunlar. Böyük aldatma gedir. Təklif edirəm ki, Nazirlər Kabineti marketlər üçün qaydalar hazırlasın. 1995-ci ildə qəbul olunmuş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun dəyişməlidir".

Qeyd edək ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılan mallarla qarşılaşdıqda, bunu təsdiq edən faktlar, pozuntuya yol vermiş ticarət obyekti barədə məlumatları təqdim etməklə, 195.1 “Çağrı mərkəzi” vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.
Tarix: 6-10-2022, 17:52
Xəbəri paylaş





Xəbər lenti