Avropa İttifaqı Azərbaycan qazına milyardlara avro ödəyib – hesabat açıqlandı

Avropa İttifaqı Azərbaycan qazına milyardlara avro ödəyib – hesabat açıqlandı

“Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxış Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa Komissiyası bu gün enerji xərclərinə dair rüblük hesabatını açıqlayıb. Bu sənədə əsasən, 2022-ci ilin ikinci rübündə Aİ ölkələri Azərbaycandan 2,8 milyard avroluq qaz alıb. Birinci rübdə Azərbaycan qazı 2,1 milyard avroya alındığından, alışda artım 33,3 faizə çatıb.
Hesabatda bildirilir ki, 2022-ci ilin aprel-may aylarında Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya verilən Azərbaycan qazının qiyməti İtaliya və Yunanıstan üçün MVt/saat üçün 98,19 avro, Bolqarıstan üçün isə 86,32 avro olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ikinci rübdə tədarük artımı 57%-ə çatıb. Aprel-iyun aylarında Azərbaycan qazının Avropa istehlakında payı 2,9% təşkil edib.
Avropa Komissiyasının açıqlamasında deyilir: “Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxış Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”.
Tarix: 19-10-2022, 15:09
Xəbəri paylaş





Xəbər lenti