İqtisadiyyat üzrə Nobel mükafatı alan iqtisadçı xəbərdarlıq edir


Qlobal maliyyə bazarlarında yaşanan böhran tənzimlənməyən kölgə bankları və şirkətlərdən qaynaqlana bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Nobel Mükafatının builki iqtisadiyyat üzrə laureatı Duqlas Diamond xəbərdarlıq edib.
2008-ci il böhran dövrü ilə indiki bank sistemi arasında müqayisələr aparan Diamond vurğulayıb ki, bugünkü vəziyyət fərqlidir. Çünki dünyada maliyyə sisteminin işləməsi ilə bağlı bir çox qanun və qaydalar 2008-ci ildən sonra qüvvəyə minib. Ən azı ABŞ bankları kapital adekvatlığı ilə bağlı böhrandan əvvəlkindən daha güclü maliyyə vəziyyətindədirlər.
“Kölgə bankçılıq sistemində bank əməliyyatları ilə oxşar əməliyyatlar həyata keçirən, ancaq bank qaydalarına tabe olmayan qurumlar var. Sığorta şirkətləri, faktorinq şirkətləri, maliyyə lizinq şirkətləri, hedc fondlar, pul bazarı fondları, strukturlaşdırılmış investisiya fondları, istehlak maliyyə institutları və qiymətli kağızlar şirkətləri bu qurumlara daxildir. 2008-ci il böhranına səbəb olan itkilər ipoteka maliyyələşdirilməsi və mənzil bazarının çökməsi səbəbindən bank sektorunda olub. Bu dövrdə real sektorun, orta və iri şirkətlərin balanslarında borclar çox yüksəkdir. Təbii ki, bu, sonda bankları çətin vəziyyətə salacaq. Son qlobal maliyyə böhranı banklarda başlayıb, banklarda da qalıb. Növbəti böhran kölgə banklarında və korporasiyalarda başlayacaq”, – deyə Duqlas Diamond bildirib.
Tarix: 21-10-2022, 22:48
Xəbəri paylaş





Xəbər lenti