Gələn il pensiya artacaq deyənlərin nəzərinə -Artım filan yoxdur... İqtisadçı ekspert Razi Abbasbəyli


"Gələn il pensiya, maaş artacaq deyənlərə xəbər edin oxusunlar
"Beləliklə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% çox olacaq" - xəbər belədir. İndi isə gəlin bunun açmasını tapaq. Sevinməyə tələsməyin. Artım filan yoxdur. Ümumiyyətlə günlərdir ki, 2023-cü ilin büdcəsinə dair əldə edə bildiyim informasiyaları incələyirəm. "Pensiyalar artacaqmı" sualına qismən cavab tampışam. İndeksasiyadan sonra nə baş verəcək qısaca deyim ki, pensiyalara ilin 4 rübü üzrə ödənilən 200 manatlıq vəsait bir illik proporsional qaydada bölünəcək. Yəni bu da artım hesab olunacaq. Hərbi təqaüdçülərin aldığı əlavə sosial ödənişlər də pensiyaya əlavə olunacaq. Yəni artım olmayacaq.
İndi isə keçək yaşayış minimumu və ehtiyac meyarının artmasına. "
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abbasbəyli yazır. Daha sonra iqtisadçı ekspert fikrini davam etdirərək yazır:
"Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur.
2022-ci il üçün isə ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdi.
Ehtiyac meyarı isə ünvanlı sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci ildə 200 manat məbləğində götürülmüşdü. Yəni bundan sonra yuxarıda göstərilən və bu il üçün təsdiq olunmuş rəqəmlərin hamısı 246 manat olacaq. Əslində bu doğru yanaşmadır və illərdir ki, deyirik bərbərləşdirmə aparılmalıdır. Arqumentlərimiz də kifayət qədər çox idi. Lakin bu yaxşı işi artım kimi təqdim etmək də bir ayrı "istedaddır"."
Tarix: 25-10-2022, 15:28
Xəbəri paylaş





Xəbər lenti