Azərbaycanda inflyasiyanı aşağı göstərmək üçün nə edirlər? - İQTİSADÇI AÇIQLADI


Gündəlik tələbat mallarına olan artım inflyasiyanı aşağı səviyyələrə saldı- Natiq Cəfərli
“Ölkədə rəsmi inflyasiya 14 %-ə yaxın, ərzaq inflyasiyası 21%-ə yaxındır. Son rəqəmlərə görə vəziyyət budur. Amma burada hesablama qaydaları ilə bağlı ciddi problemlərin olduğunu söyləmək lazımdır.”
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 
Onun sözlərinə görə, dünyada ərzaq inflyasiyasının hesablama qaydaları ilə Azərbaycandakı qaydalar arasında ciddi fərqlər var: " Azərbaycanda ərzaq zənbilinə gündəlik tələbat malları olmayan malların daha çox daxil olması, onların qiymət fərqinində gündəlik tələbat mallarına nisbətən artımı inflyasiyanı aşağı səviyyələrdə göstərməyə  imkan verir". 
İqtisadçının fikrincə, dünyada çox maraqlı bir indeks də var, 30-a yaxın gündəlik tələbat mallarının inflasiyası ayrıca hesablanır: "Azərbaycanda bu hesablanmır, amma hesablansa Azərbaycanda  ərzaq  inflyasiyası təqribən 40-45 civarında olar. Yəni gündəlik tələbat mallarından 30 əsas ərzağın qiyməti  inflyasiya  göstəricisi olaraq  ayrıca hesablanmalıdır".
Tarix: 31-10-2022, 21:24
Xəbəri paylaş





Xəbər lenti