Neft Və Sənaye Universiteti 10 milyonluq tenderi görün, KİMƏ VERDİ...

Neft Və Sənaye Universiteti 10 milyonluq tenderi görün,
Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti “Kompüter və laboratoriya avadanlıqlarının satın alınması” tenderinin nəticələrini açıqlayıb.

Siam.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "TECHNOMAP" MMC şirkəti olub. Şirkətlə 9 milyon 183 min 224 manat məbləğində müqavilə imzlanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 30 min 433 manat dəyərindəki “Kitabların Alışı” (19.02.2020) tenderini qazanıb.
Tarix: 2-11-2022, 15:07
Xəbəri paylaş





Xəbər lenti