Azərbaycan və Ermənistanda adambaşına düşən müdafiə xərcləri – Rəqəmlər

Gələn il həm Azərbaycan, həm də Ermənistan müdafiə xərclərini artıracaq.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanın 2023-cü ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün 5,3 milyard manat (3,1 milyard dollar) vəsait nəzərdə tutulub. Bu göstərici 2021-ci illə müqayisədə 17,1% çoxdur.
Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2023-cü ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün 506 milyard dram (1,3 milyard dollar) vəsait nəzərdə tutulub. Bu göstərici 2021-ci illə müqayisədə 47,3% çoxdur.

Açıqlanan rəqəmlərə istinadən apardığımız hesablama göstərir ki, Azərbaycanda adambaşına düşən müdafiə xərcləri 305 dollar, Ermənistanda isə 439 dollar təşkil edəcək.
Aşağıdakı cədvəldə Azərbaycan və Ermənistanın 2023-cü ilin dövlət büdcəsi layihələrində əsas xərclər üzrə adambaşına düşən məbləğ qeyd olunub:


AzərbaycanErmənistan
Cəmi büdcə xərcləri1 928 $2 181 $
Müdafiə xərcləri305 $439 $
Prokurorluq7,2 $5,8 $
Hüquq mühafizə119,3 $103,5 $
Ali təhsil4,1 $12,6 $
Məhkəmə hakimiyyəti və hüquq yardım8,7 $21 $
Xəstəxanalar9,9 $62,8 $
Sosial müdafiə18,5 $53 $
Tarix: 2-11-2022, 17:04
Xəbəri paylaş





Xəbər lenti