G-7 ölkələri və Avstraliya Rusiya neftinin tavan qiymətini müəyyənləşdirilməsində razılığa gəldilər



G7 ölkələri və Avstraliya Rusiya neftinin tavan qiymətinin müəyyən edilməsində ümumi razılığa gəliblər.
 
Ovqat.com Reuters xəbər agentliyinə istinadən bildirir ki, dünyanın sənaye devləri tavan qiymətinə keçişə qərar versələr də, rus neftini ən uzağı neçədən alacaqlarını hələ müəyyənləşdirməyiblər. Qiymət məsələsi yaxın həftələrdə müzakirə olunacaq.
 
Reuters-in mənbələrinin iddiasına görə, G7 ölkələrinin nümayəndələri bir neçə həftə idi ki, Rusiyanın dəniz yolu ilə neft tədarükünün qiymətinin tavanını müəyyən etmək üçün intensiv danışıqlar aparıblar. Bu addım Aİ və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qlobal neft bazarına mənfi təsirini azaltmağı hədəfləyir.
 
"Koalisiya razılaşıb ki, yuxarı hədd indeksləşdirilmiş qiymətə endirim kimi yox, müntəzəm olaraq nəzərdən keçiriləcək sabit qiymət olacaq. Bu, bazarın sabitliyini artıracaq və bazar iştirakçılarının üzərinə düşən yükü minimuma endirmək üçün uyğunluğu sadələşdirəcək", - mənbə bildirib.
 
Qeyd olunur ki, Rusiya neftinin marjinal qiymətinə yenidən baxılması üçün müntəzəm mexanizm bazarı sabitləşdirəcək, beləcə Rusiyanın qiymətləri manipulyasiya etməyə imkanı qalmayacaq.



Tarix: 4-11-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti