Sürətli bahalaşmanın səbəbləri nələrdir...

Sürətli bahalaşmanın səbəbləri nələrdir...Hazırda dünyanı düşündürən vacib məqamlardan biri də, qlobal səviyyədə davam edən bahalaşma meyilləridir. Hansı ki, biz bunu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan bazarlarda müşahidə etməkdəyik. Belə ki, dünyanın aparıcı iqtisadiyyatları olan ABŞ, Böyük Britaniya, Avropa kimi iqdisadiyatlarda qiymət səviyyələri son bir neçə on illiliyin maksimumuna çatmış oldu. Dünya 1970- ci illərdə baş verən neft şokundan sonra ikinci dəfə qlobal fonda inflyasiyanın artım trendinə şahid olmuş oldu.Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, qiymətlərin bu səviyyəyə gəlib çatmasının başlıca səbəbi isə, postpandemiya dövründə karantin məhdudiyyətlərinin arada qaldırılması ilə qlobal səviyyədə istehlakın tələbin artması ilə bir başa əlaqədərdir.

Belə ki, pandemiya dönəmində karantin məhdudiyyətləri çərçivəsində qlobal dəyər zəncirinin tədarük sisteminin əhəmiyyətli dərəcədə zərər görməsi nəticəsində təklifdə yaranan boşluq tələbi qarşılaya bilmədiyinə görə bu müəyyən qədər qiymət artımlarına, bahalanmalarına gətirib çıxardı:
“Eyni zamanda biz Ukraynada baş verən müharibəni də xüsusi qeyd edə bilərik. Rusiyaya tətbiq olan sanksiyalar müəyyən qədər enerji və əmtəə bazarlarında bahalanmalara gətirib çıxardı. Bu da müəyyən qədər yekunda ümumi istehlak bazarında qiymət trendlərinin yüksəlməsi ilə müşahidə olundu. Təbii ki, qlobal dəyər zəncirinin halqalarından biri olan Azərbaycan iqtisadiyyatı da buvəziyyətdən kənar qala bilməzdi. Beləliklə son il yarım ərzində istehlak qiymətləri indeksi 3,4 faiz səviyyələrdə 15 faizin üzərinə qədər yüksəlmiş oldu”-deyə iqtisadçı bildirib.
O, qeyd edir ki, bahalanmalar xüsusən daha çox özünün qida məhsulları üzrə göstərirdi. Belə ki, qida məhsullarında bahalanma səviyyəsi 4,5 faiz səviyyədən 20 faizin üzərinə qədər artmış oldu.
“Hələ inflyasiya meyillərinin yüksəldiyini ilin əvvəlində müşahidə edən Azərbaycan höküməti ilin əvvəlindən müəyyən mənada addımlar atmağa çalışırdı. Belə ki, fevral ayında Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə həyata keçirilən iqdisadi şuranın iclasında məhz dünya bazarlarında məhsul qiymətlərinin kəskin bahalanmaları və bu bahalanamaların daxili bazara neqativ təsir göstərməsi o cümlədən anti-inflyasiya tədbirlərinin gücləndirilməsi məqsədi ilə makro iqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal, inflyasiyanın məhdudlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunmuşdu.
Bununla belə, həmin dövrdən bəri ölkədə həyata keçirilən iqdisadi siyasət tədbirləri inflyasiyanın qarşısını almaqda bir o qədər çevik ola bilməmişdir”-deyən iqtisadçının fikrinciə bunun da başlıca səbəbi
istehlak bazarlarının daha çox idxaldan asılılığı ilə bir başa əlaqəlidir.
Onun fikrincə, iqdisadi siyasət tədbirlərin isə, inflyasiyanı cilovlamaq baxımından daha çox iki istiqaməti təsnifləşdirilir. Bunlardan biri profisitli tədiyyə balansı digəri isə, manatın sabit məzənnəsi hesab olunur: “Azərbaycan kimi enerji -xammal resurslarının ixracından daha çox asılı olan iqdisadiyyat üçün keçərli hallardan biri də, tədiyyə balansında daha çox üstünlüyün ticarət balansına verilməsidir. Beləliklə, dünya bazarında enerji resurs qiymətlərinin artması ölkə iqtisadiyyatının da ticarət balansında artıqlığın yaranmasına səbəb olur.
Burada qeyd olunmalı vacib məqam ondan ibarətdir ki, enerji qiymətlərinin artması güzgü effekti ilə bizim idxalımızı təmin edən ölkələrdə də istehsalın bahalaşmasına səbəb olur. Bundan başqa enerji qiymətlərinin artması nəqliyyat daşınma xərclərinin də artmasına təkan verir ki, bu da yekun nəticədə özünü istehlak bazarında qiymətlərinin artımı ilə göstərməkdədir”-deyə, O, əlavə edib.
İqtisadçı bildirir ki, ikinci bir iqdisadi siyasət tədbiri isə manatın dollar qarşısında olan sabit məzənnəsi göstərilir. Belə ki, Azərbaycan manatının, ABŞ dolları qarşısında formalaşdığı sabit məzənnəsi pul siyasətinə dair icmallarda daha çox qiymət sabitliyinin əsas təmin edicisi kimi qiymətləndirilirməkdədir.
Məhz bu məqamda nəzərə almaq lazımdır ki, tətbiq olunan mövcüd mexanizm Azərbaycan manatının ABŞ dolları ilə birgə digər valyutalar qarşısında bahalaşmasına şərait yaratsa da, lakin ABŞ dollarını xüsusən əmtəə və xidmətlərin qarşısında dəyər itirməsi, yekunda Azərbaycan manatının da istehlak qiymətləri qarşısında dayanıqsız olması ilə nəticələnir.
Belə bir vəziyyətdə isə, inflyasiyanın artması əhalinin daha çox az təminatlı təbəqəsinə ciddi təsir göstərməkdədir. Belə ki, gəlirləri daha çox pensiya, müavinət müəyyən yardımlardan, ödənişlərdən ibarət olan əhali qrupları yüksək qiymətlər qarşısında öz istehlaklarını təmin etməyə, öz tələbatlarını ödəməkdə müəyyən qədər çətinlik çəkirdi:
“Belə bir vəziyyətdə isə Azərbaycan hökumətinin inflyasiya ilə bağlı narahatlığını ifadə etməsi və tənzimləyici tədbirlər qismində müəyyən addımlar atması təbii ki, təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir. Lakin inflyasiya, qiymət artımlarından irəli gələn məsələlər dünya təcrübəsində sübut olunduğu kimi inzibati qərarlardan, daha çox məhz bazarın öhdəliyinə buraxılmalıdır. Yəni sərbəst rəqabət mühiti, o cümlədən dayanıqlı mailliyə sabitliyi formalaşdırılmalıdır ki, yekun nəticədə bazarda qiymət, tələb təklifin qarşılıqlı əlaqəsi nəticəsində məhz qiymət mexanizmi əsasında formalaşmalıdır”,- deyə o qeyd edib.
Tarix: 17-11-2022, 23:47
Xəbəri paylaş





Xəbər lenti