BNA-nın 2,3 milyonluq tenderinin – NƏTİCƏLƏRİ AÇIQLANDI

BNA-nın 2,3 milyonluq tenderinin
Bakı Nəqliyyat Agentliyi "Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması; Mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması; habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması” tenderinin nəticələrini açıqlayıb.

Siam.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “SM Constructıon Supplıes” MMC olub. Şirkətlə 2 milyon 340 min 394 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl də Lənkəran Dövlət Universitetinin 2 milyon 850 min 698 manat məbləğindəki “LDU-nun 2-ci tədris korpusunun əsaslı təmiri” (27.09.2022) tenderini qazanıb.
Tarix: 19-11-2022, 10:17
Xəbəri paylaş





Xəbər lenti