“Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən...”


“2023-cü ildə dövlət büdcəsindən Şahdağ Turizm Mərkəzinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat ayrılacaq. 2007-2015-ci illərdə bu Kompleksin infrastrukturunun tikintisinə 1.1 milyard manat məbləğində vəsait xərclənib. Bundan başqa 2017-ci ildən başlayaraq adıçəkilən kompleksin xərclərinin bir hissəsinin örtülməsi üçün hər il təxminən 12 milyon manat ayrılır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.
 
“2023-cü il də daxil olmaqla bu məqsəd üçün indiyədək 90 milyon manat xərclənib. Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən. Hamısı havayı neft pullarının fəsadlarıdır” – S.Əliyev qeyd edib.
Tarix: 23-11-2022, 17:24
Xəbəri paylaş





Xəbər lenti