Fazil Mustafadan tenderlərlə bağlı TƏNQİD – “Qurumlar öz yaxınlarını qalib edirlər”



““Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun bizdə uzun illərdir ki, qəbul olunmasa da mövcud olub. Belə ki, dövlət qurumlarının hər biri tenderlərdə öz yaxınlarını qalib edilər”. 

Siam.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib. 

“Bakı-Quba yolunu gedərkən, bu durumu daha yaxşı anlayırıq. Bu qanun layihəsinin niyyəti yaxşıdır, lakin əsas məsələ qanunun necə işləməsidir. Əgər biz səhər özəl şirkətlərin hüquqlarının qorunmasını təmin etməsək, heç bir nəticə əldə etməyəcəyik. 
Bundan əlavə, bizə dövlət qurumları və özəl şirkətlər arasında gedən məhkəmə çəkişmələrinin statistikası təqdim edilsə görərdik ki, sahibkarların xeyrinə qərarların nisbəti heç 5%-i keçmir”, - deyə deputat əlavə edib. 
Tarix: 2-12-2022, 13:39
Xəbəri paylaş





Xəbər lenti