Ekspert yeni il qabağı bahalaşma anonsu verdi: - “Gedin, indidən alın...”

Ekspert yeni il qabağı bahalaşma anonsu verdi:
Yeni ildə salatların hazırlanmasında istifadə olunan ərzaqların qiymətində kəskin bahalaşma olacaq.

Siam.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, buna səbəb həmin ərzaqlara tələbatın artmasıdır:

"Yeni il bayramının öz gözəlliyi var. Azərbaycan əhalisi hər bayram süfrəsinə xas xüsusi yeməklər hazırlayır. Yeni il deyəndə gözümüzün önünə salatlar gəlir, xüsusən də "paytaxt” salatı. Biz bu bayramı həmişə ruslar kimi keçirmişik. Hər bir evdə "paytaxt” salatı hazırlanır. Odur ki, bayramda salat üçün lazım olacaq ərzaqların - mayonez, xama, kok, noxud, kökün qiymətində kəskin bahalaşma olacaq”.

Ekspert həmçinin qoyun ətinin də qiymətində bahalaşma ola biləcəyini qeyd edib. Vahid Məhərrəmov hesab edir ki, Azərbaycan bazarını əvvəlcədən müəyyən etmək çətindir:

"Nəyə, hansı məhsula təlabat çox olsa, orada qüymət yüksək olacaq. İşbazlar da bundan istifadə edib ərzaqların qiymətini qaldıracaq. Odur ki, indidən xarab olmayan ərzaqları almaq olar”.
Tarix: 13-12-2022, 21:28
Xəbəri paylaş





Xəbər lenti