Dollara “qapı açıldı”: Manat tam üzən məzənnəyə keçir? - GƏLİŞMƏ

Dollara “qapı açıldı”: Manat tam üzən məzənnəyə keçir?
Analitiklər ABŞ dollarının 2023-cü ildə yenidən güclənəcəyi barədə proqnoz verirlər.

Bəzi bazar ekspertləri gələn il dolların 7-10% civarında bahalaşmasının mümkünlüyünü qeyd edirlər. Son iki ayda ABŞ dolları, sentyabr ayında çatdığı ən yüksək səviyyəsi ilə müqayisədə, dünya valyuta bazarında bir qədər ucuzlaşıb. Avro və yen qarşısında zəifləmə 8%, yuana nisbətdə isə 5% təşkil edir. Bir sıra analitiklər bildirirlər ki, bu, müvəqqəti prosesdir. Gələn il ABŞ valyutası yenidən güclənəcək.

Maraqlıdır, belə olduğu halda Azərbaycan manatı tam üzən məzənnəyə keçid edə bilərmi?

Siam.az-ın məlumatına görə, Cebhe.info-ya açıqlmasında iqtisadçı Natiq Cəfərli qeyd edib ki, bunun üçün öncədən iqtisadi hazırlıq prosesi aparılmayıb:

"Azərbaycanda tam üzən məzzənəyə keçid qısa bir zamanda mümkün deyil. Buna çoxdan qərar verilmişdi, amma sonra yığışdırıldı. Çünki bütün iqtisadi sistemə yenidən baxmaq lazım idi. Üzənnə məzənnəyə keçid etmək üçün sadə dillə desək, bazarda minlərlə valyuta alan və satan oyunçu, valyuta birjası lazımdır. Amma bizdə dollar satan bircə orqan var, alan isə 26 bankdır. Belə bir sistemdə üzən məzənnəyə keçid mümkün deyil. Bu səbəbdən inzibati tənzimləmə sisteminin gələn il də qalacağı indidən söyləmək mümkündür. Azərbaycanda indiki inzibati tənzimləmə neft qiymətlərinə bağlıdır. Neftin qiyməti nə qədər yüksəkdirsə, Azərbaycanın da bir o qədər valyuta gəlirləri olur. Bu da manatın məzənnəsini saxlamaq üçün yetərlidir”.

O bildirib ki, gələn il geosiyasi gərginliyi, Rusiya-Ukrayna müharibəsini nəzərə alsaq, neftin qiymətinin ucuzlaşması gözlənilmir:

“Ona görə də neft qiymətləri yuxarı hədlərdədir, manata ciddi təsirlərinin olacağını düşünmürəm".
Tarix: 20-12-2022, 20:51
Xəbəri paylaş





Xəbər lenti