"Bəşəriyyət qlobal böhrana doğru gedir" - AMERİKALI İQTİSADÇIDAN HƏYƏCAN TƏBİLİ


Məşhur amerikalı iqtisadçı, "böhran kahini" adlandırılan Nouriel Roubini xəbərdarlıq edir ki, bəşəriyyət qlobal böhrana doğru gedir.
Hurriyyet.az-ın məlumatına görə, Nouriel Roubini "Financial Times"a bildirib ki, qlobal cəmiyyət müharibələr, epidemiyalar və aclıq dövrlərinə qayıda biləcək bir sıra yeni təhlükələrlə üz-üzədir: "Düşünürəm ki, dünya həqiqətən yavaş hərəkət edən qatar qəzasındadır. Dünyanı əvvəllər mövcud olmayan yeni təhlükələr gözləyir, onlar yığılır və biz bununla bağlı çox az iş görürük". 

Nouriel Roubininin fikrincə, siyasətçilər və iqtisadçılar gündən-günə ağırlaşan iqtisadi böhranla mübarizədə sistemli şəkildə səhvlərə yol verirlər. Məsələn, o, inflyasiya ilə mübarizəyə sərf olunan səy və vaxtın ciddi şəkildə qiymətləndirilmədiyi qənaətindədir. İqtisadçı hesab edir ki, qarşıda Avropanı daha çətin günlər gözləyir.
Tarix: 21-12-2022, 21:54
Xəbəri paylaş





Xəbər lenti