”Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin...”

”Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin...”
”Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin”.  
Milli Məclisdə bu çağırışı millət vəkili Əli Məsimli çıxışı zamanı səsləndirib.
     
Əli Məsimli bildirib ki,rəsmi proqnozlara görə bu il Azərbaycanda inflyasiyanın 4 faiz, sonrakı  proqnozda isə 12,5 faiz  olacağı proqnozlaşdırılmışdı. Rəsmi rəqəmlərə görə,bu ilin 11 ayı  ərzində qeydə alınan inflyasiya 13.8 faiz olub. Ərzaq məhsulları üzrə qiymət artımları daha kəskin oldu. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları son bir ildə  20 faizdən çox  bahalaşıb. Əslində bir sıra ərzaq məhsulları və əhalinin çox işlətdiyi mallar üzrə qiymət artımı bundan xeyli çox olub.
     
Əli Məsimli əlavə edib ki,əhali xərclərinin orta hesabla 60 faizə yaxınını, yoxsul təbəqə isə daha çox hissəsini ərzağa sərf edib. Deməli il ərzində qiymət artımları əhalinin rifahına ciddi şəkildə mənfi təsir göstərib.
     
Əli Məsimli deyib ki,rəsmi açıqlamalarda Azərbaycandakı qiymət artımnın əsasən idxal inflysiyası ilə bağlı olduğu bildirilir.Burda həqiqət payı olsa da,amma məslənin başqa tərəfini də demək lazımdır. Əgər bizdə qiymət artımnın əsasən idxal inflysiyası ilə bağlıdırsa, bəs onda niyə bu ilin birinci rübündən başlayaraq qlobal iqtisadiyyatda qiymətlər aşağı düşməyə meyl götürsə də, Azərbaycanda qiymət artımı davanm edir? Təkcı onu demək kifayətdir ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, qida məhsullarının  qiyməti  1,3 faiz,o cümlədən tərəvəzlər və bir sıra digər məhsulların qiymətləri isə 1,3-5,3 intervalında bahalaşıb.İlk baxıda kiçik görünən bu rəqəmlərin nə demək olduğunu təsəvvür etmək üçün təkcə onu müqayisə etmək kifayətdir ki, bu ilin təkcə noyabr ayında əhalinin daha çox işlətdiyi mal və məhsullarının qiymətinin artım tempi 2018-2019-cu illərin orta illik qiymət artım tempindən yüksək olub.Yəni artıq qiymətlər bir ayın içində 2018-cu ilin 12 ayı ərzindəki artımdan yüksəyə qalxıb. Deməli Azərbaycandakı qiymət artımnın tez-tez deyildiyi kimi, 85-90 faizi idxal inflysiyası ilə bağlı deyil,xeyli hissəsi daxili amillər, inhisarçılıq,gömrük,qiymət manupulyasiyaları,qeyri-rəsmi yığımlar və sair bu kimi amillərlə bağlıdır. 
       
Əli Məsimli bildirdi ki, qarşıdan yeni təqvim ili gəlir.Dünyanın əksər ölkərində yeni il ərəfəsində qiymətlər xeyli aşağı düşür.Bizdə isə yeni il ərəfəsində qiymət artımının yeni dalğası özünü göstərir. Ona görə də Əli Məsimli belə bir çağırışla çıxış edib ki, yaxşı olar ki, Azərbaycanda da belə bir ənənə başlasın ki, bayram ərəfələrində qiymət artımından yox,qiymətləri aşağı salıb dövriyyəni artırmaqla əlavə gəlir götürülsün.Bu halda həm əhalinin aztəminatlı təbəqəsi də bayram süfrəsi aça bilər,həm də mal satanlar uçuz qiymətə daha çox mal satıb,baha qiymətə mal satdığı və baha qiymətə malların hamısını sata bilməditindən bir hissəsi xarab olub atıldığı vəziyyətdən daha çox qazanc əldə edə bilərlər.Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin!
 
Tarix: 23-12-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti