Bakı Baş Səhiyyə Mərkəzinin 2 milyonluq tenderini bu qurum UDDU

Bakı Baş Səhiyyə Mərkəzinin 2 milyonluq tenderini bu qurum UDDU
Bakı Baş Səhiyyə Mərkəzi ( VÖEN: 1400125591) "Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin binalarına və isitmə sistemlərinin cari təmir xidmətinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.

SİAM.AZ FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "SM Construction Supplies" MMC (VÖEN: 1404327661) seçilib.

Təmir xərclərinnin dəyəri 2 067 018 manatdır.

Qeyd edək ki,şirkət bundan əvvəl DİN Polis Akademiyasından (VÖEN: 1200114691) 32 800 manat dəyərindəki "Polis Akademiyasının Rayon Polis şöbəsinin modul tipli təlim mərkəzi binasının daxili və xarici elektrik xəttlərinin çəkilməsi və digər inzibati və yataqxana binalarının fasad işıqlarının elektrik xəttlərinin dəyişdirilməsi" tenderi üzrə qalib seçilib
Tarix: 11-01-2023, 15:52
Xəbəri paylaş





Xəbər lenti