Nazirlik 13 milyonluq tenderi bu şirkətə VERDİ

Nazirlik 13 milyonluq tenderi bu şirkətə
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması bağlı təkliflər sorğusuna yekun vurub.

Siam.az FED.az-a istinadla xəbər verir ki, həmin sorğuda 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.
Qalib şirkət isə “TAİS İKF” MMC (VÖEN: 1400019741) seçilib.

Şirkətlə 12 704 454 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “TAİS İKF” MMC daha öncə də qurumun 6 616 245 manat dəyərindəki "Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı" tenderinin qalibi olub.
Tarix: 20-02-2023, 17:28
Xəbəri paylaş





Xəbər lenti