Nazirliyin 6 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU

Nazirliyin 6 milyon manatlıq tenderinin qalibi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi “Esen Tekstil” MMC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.

Siam.az Banker.az-a istinadən xəbər verir ki, 1-ci müqavilədə 2023-cü il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, idman, qış, yay ayaqqabılarının və kazarma başmağının satın alınmasıdır. Müqavilənin dəyəri 2.125.640 manatdır.
2-ci müqavilədə 2023-ci il üçün baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq və hərbi ləvazimatlarının satın alınmasıdır. Müqavilənin dəyəri 2.298.385 manatdır.

3-cü müqavilədə 2023-ci il üçün trikotaj əşya əmlaklarının satın alınmasıdır. Müqavilənin məbləği 1.272.807 manatdır.

4-cü müqavilədə isə 2023-ci il üçün fərqlənmə və fərqləndirmə nişanlarının satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 186 800 manatdır.
Tarix: 2-03-2023, 22:01
Xəbəri paylaş





Xəbər lenti