Tərtərdə çiyid səpininə start verilib


Bu il rayonda 2439,7 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq 
təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə 
gətirilib.

Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 408 istehsalçı 
və “Azərpambıq” MMC tərəfindən  isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan 
müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi 
preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 24 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə 
başa çatdırılacağı planlaşdırılır.
Sarıcalı kənd sakini Hüseyn Cəbrayılovun sahəsində səpin işlərinin gedişini izləyən  
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq 
tövsiyələrini verib. 

Tarix: 6-04-2023, 17:55
Xəbəri paylaş





Xəbər lenti