Fermerlər bir, nazirlik başqa söz deyir: Əkin sahələrinin azalmasının səbəbi nədir? - VİDEO


Bu il yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
 
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8% azalma deməkdir.
 
Yazlıq buğda səpini təxminən 3 310 hektarda aparılıb.
 
Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% azalmanı göstərir.
Fermerlər bildiriblər ki, əkin sahələrinin azalmasının səbəbi məhsulların maya dəyərinin artmasıdır.
 
Kənd Təsərrüfatı Nazirliyindən mövzu ilə bağlı bildirilib ki, əkin sahələrinin azalmasının səbəbi qeyri-sabit hava şəraitidir.
 

Tarix: 27-05-2023, 09:29
Xəbəri paylaş





Xəbər lenti