Qazaxıstanda dollar BAHALAŞDI: Manat NƏ OLACAQ? - Manat ilk zərbəni məhz...

Qazaxıstanda dollar BAHALAŞDI: Manat NƏ OLACAQ?
Qazaxıstan Fond Birjasında (Kazakhstan Stock Exchange — KASE) xarici valyuta üzrə hərraclar bağlanıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, dollar iki təngədən çox bahalaşıb.

Belə ki, Amerika valyutasının orta çəkili məzənnəsi 447,12 tengə olub. Valyutadəyişmə məntəqələrində isə dollar orta hesabla 444 quruşdan alınır, 446,5 quruşa satılır.

Məlumata görə, Avronun məzənnəsi 478,94 tengə, Rusiya rublu 5,53 tengə, Çin yuanı isə 62,81 tengə təşkil edib.

SİAM.AZ xatırladır ki, Azərbaycanda dolların kəskin bahalaşması dönəmində də anoloji proses start düyməsini məhz Qazaxstandan götürmüşdü. Elə buna görə də neçə gündür yerli ekspertlər manatın məzənnəsinin təghlükə altında olduğunu anons edirlər.

Doğrudur, bu açıqlamalara rəğmən Prezident İlham Əliyev bir neçə gün əvvəlki çıxışında manatın məzənnəsinin sabit qalacağını da bəyan edib.
Tarix: 30-05-2023, 18:48
Xəbəri paylaş





Xəbər lenti