"Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi" MMC - MƏHKƏMƏYƏ VERİLİB

"Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi" MMC
"Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi" MMC-yə gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib.

Siam.az FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 08.06.2023, saat 10:00-a təyin edilib.
Tarix: 31-05-2023, 08:50
Xəbəri paylaş





Xəbər lenti