Ağdam Rayonu İcra Hakimiyyəti üç tenderə - YEKUN VURDU

Ağdam Rayonu İcra Hakimiyyəti üç tenderə
Ağdam Rayonu İcra Hakimiyyəti üç tenderin nəticələrini elan edib.

SİAM.AZ
FED.az-a istinadla xəbər verir ki, tenderlərdən ikisi eyni şirkətə, biri isə digər şirkətə verilib.

Belə ki, "Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təmir işləri" tenderinin qalibi "Yuzar İnşaat" MMC (VÖEN: 1006863311) olub.

Şirkətlə 46 751 manat məbləğində müqavilə imzalanıb.

"Ağdam rayonu Quzanlı qəsəbəsi daş evlər adlanan ərazidə yaşayış evlərinin təmiri" və "Ağdam rayon ərazisində yolların əsaslı təmiri" tenderinin qalibi isə "Luxoil Company" MMC (VÖEN: 7302513241) olub.

Şirkətlə müvafiq olaraq birinci tender üzrə 166 455 manat, ikinci tender üzrə 242 690 manat məbləğində müqavilə imzalanıb.
Tarix: 31-05-2023, 17:00
Xəbəri paylaş





Xəbər lenti