Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin TENDERİ ləğv olundu

Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin
Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin " Agentliyə məxsus avtonəqliyyat vasitələri üçün 2023-cü il ərzində cari təmir işlərinin satınalınması" tenderi ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Tarix: 18-06-2023, 09:01
Xəbəri paylaş





Xəbər lenti