Dövlət Xəzinədarlığı Agentliyinin 380 min manatlıq tenderinin qalibi məlum oldu

Dövlət Xəzinədarlığı Agentliyinin 380 min manatlıq tenderinin qalibi məlum oldu
Dövlət Xəzinədarlığı Agentliyi “Xəzinədarlığın İnformasiya İdarəetmə sistemlərinin yenilənməsi və dəstəklənməsi” xidmətinin satın alınması ilə bağlı açıq tenderə yekun vurub

Siam.az
FED.az-a istinadla xəbər verir ki, elektron satınalma vasitəsilə 23 may 2023-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi "Cerberus" MMC olub.

Qalib müəssisə ilə 19 iyun 2023-cü il tarixdə bütün vergilər və xərclər daxil olmaqla 379.960,00 (üç yüz yetmiş doqquz min doqquz yüz altmış) manat dəyərində satınalma müqaviləsi imzalanıb.
Tarix: 21-06-2023, 23:22
Xəbəri paylaş





Xəbər lenti