"NORVEÇ SƏADƏTİ" NİYƏ ƏLÇATMAZDIR?



Dövlət büdcəsində neft qiymətinin dalğalanmasına görə büdcə ilinin tən ortasında yenə profisit yaranıb. Hasilatımız azalıb, (2022 il üzrə 32,7 mln.ton) yenə də proqnozlaşdılandan daha çox büdcəyə və büdcədənkənar fondlara, o cümlədən Neft Fonduna neft pullar axıb. Neft Fonduna bərabər tutula bilən digər ölkələrdə suverena ehtiyat fondları necə çalışır sualı ortaya çıxır. 
Əvvəla xatırladaq ki, dünyada neft gəlirlərindən istifadə ilə bağlı əsasən 4 model mövcuddur. Bu modellər müxtəlif bənzətmələrlə ifadə olunur: 
Norveçin “Norveç səadəti”“ modeli 
Səudiyyə Ərəbistanının “Səudiyyə möcüzəsi”“ modeli 
Birləşmiş Ərəb Əmirliklərinin “qumluqda cənnət”“ modeli 
Nigeriyanın “Nigeriya faciəsi“” modeli 
Bütün uğurları ilə Norveç modeli nümunə olacaq gücdədir. 
Bizdə də elə “mütəxəssislər” tapılır ki, Azərbaycanın neft strategiyasının uğurlarını Norveçlə müqayisə etməyə risk və iddia edirlər.  
Amma bilmək və faktaloji müqayisələr aparmaq istəmirlər ki, biz biri-birimizlə hansı məsafədə durmuşuq? 
Bizim fərqli inkişaf fərqlərimiz mövcuddur. Bizim idarəetmə və siyasi sistemimiz müxtəlifdir. Bizim neft pullarına və ondan istifadə ilə bağlı strategiyalarımız daban-dabana ziddir. 
Düzdür, nəticəli fərqlərimiz olsa da, amma neft gəlirlərinin fayda verdiyi start xəttimiz demək olar ki, eyni dövrə təsadüf edir.  Amma biz Norveç kimi ölkə olmaq istəyiriksə, gərək çoxsaylı fərqləri nəzərə alaq.  Düzdür, hər iki ölkədə təbii ehtiyatlardan(neft-qaz) əldə olunan gəlirlərin yığıldığı fond demək olar ki, oxşar illərdə yaradılıb. 
Azərbaycanda Neft Fondu 1999-cu ildə yaradılıb. Norveçdə eyni təyinatlı olan Pensiya Fondu adlanan qurum isə 1995-ci ildə. Dünyada bu ölkələrdəki fondlara oxşar 35 belə fondlar var. 
Təyinatlılıq baxımından belə fondların məqsədi dövlətin neft gəlirlərindən asıllığını minimumlaşdırmaq və nəsillərarası gəlir bölgüsünü effektiv təmin etməkdir.  Azərbaycan NF-dan büdcəyə ötürdüyü vəsait büdcə gəlirlərinin son illərdə 40-50 faizini təşkil edib. Norveçdə bu rəqəm 4 faizdən çox olmur. 
Çünki, neft gəlirlərinin toplandığı fonddan dövlət büdcəsinə ediləcək transfertlərə limitlər qoyulub. 
Bizdə belə qayda və ya limit tətbiq olunmur. 
Transfertlər limitləşdirilmir!
Məmməd Talıblı







Tarix: 26-06-2023, 09:09
Xəbəri paylaş





Xəbər lenti