Oğuz Rayon İcra Hakimiyyətinin tenderi - LƏĞV OLUNDU



Oğuz Rayon İcra Hakimiyyətinin "Oğuz şəhərində abadlıq işlərinin həyata keçirilməsinin layihə smeta sənədlərinin hazırlanması" tenderi ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ətraflı

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Tarix: 26-06-2023, 10:57
Xəbəri paylaş





Xəbər lenti