Unun qiyməti kəskin şəkildə düşdü - Çörək ucuzlaşacaq?


İyunun 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb.
SİAM.AZ Yeniavaz-a istinadla xəbər verir ki, topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 27,2 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 29,2 manata "Neon” Firması satıb.
Bu ayın əvvəlində "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, "Neon” Firması isə 32,9 manata satıb.
Son 6 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb.
Unun qiymətində 14% ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik müşahidə olunmur.
Tarix: 27-06-2023, 22:51
Xəbəri paylaş





Xəbər lenti