Yumurta alanda diqqətli olun! - “Araz Supermarket” vaxtından 2 həftə keçmiş yumurta satır” - İDDİA - FOTO


“Araz Supermarket” vaxtından 2 həftə keçmiş yumurta satır.

Pravda.az-ın xəbərinə görə, bu iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.

“Diqqətsizlik edib istifadə tarixinə baxmadan almışdım. Vitrinin önünə rahat-rahat da yığıb satırlar. Bir-iki gün keçmiş olsa, hansısa işçini qınamaq olar ki, vitrinlərə baxmır və s. Amma 2 həftə ərzində vitrindən bu mal yığışdırılmırsa, deməli, “kimə gedər-gedər” deyib hər şeyi də satırlar”, - o qeyd edib.

Pravda.az “Araz supermarket” MMC—yə sorğu ünvanlayıb.
Tarix: 28-01-2024, 15:34
Xəbəri paylaş





Xəbər lenti