Alıcıları aldadan “Euro Cosmetics”i cərimələdilər…


Bakının məşhur kosmetika markalarından olan “Euro Cosmetics” cərimələnib.
Tribunainfo.az xəbər verir ki, “Euro Cosmetics” haqqında artıq icraat başladılıb. MMC İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.9-cu maddəsinin tələblərini pozub.
Belə ki, maddənin tələbinə görə, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
MMC-nin işinə 5 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 30-01-2024, 10:58
Xəbəri paylaş





Xəbər lenti