AQTA “OBA”nın da qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi - NƏ BAŞ VERİR?

AQTA “OBA”nın da qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi və ya hüquqi adı ilə “Oba Retail Chain” MMC-nin 15 dekabr 2023-cü il tarixli 04-Q-00355 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

“OBA Retail Chain” MMC-nin qida təhlükəsizliyi qeydiyyatının ləğv edilmə səbəbi açıqlanmayıb.

Onu da bildirək ki, subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

– fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda;

– qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.
Tarix: 13-02-2024, 11:19
Xəbəri paylaş





Xəbər lenti