"Araz supermarket"ə yazılan cərimə protokoluna bu tarixdə baxılacaq

"Araz supermarket" MMC barəsində tərtib edilən inzibati protokola baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın görə, baxış iclası fevralın 22-də Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçiriləcək.
 
Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Tarix: 14-02-2024, 07:52
Xəbəri paylaş





Xəbər lenti