Azərbaycanda 7 milyon manata hotel satılır - FOTO

Azərbaycanda 7 milyon manata hotel satılır
Azərbaycanda 7 milyon manata hotel satılır.

Ölkə.az xəbər verir ki, Avropa standartlarına uyğun şəkildə təmir edilən Manor hotel 30 sotun içərisində tikilib. Bakıxanov ərazisində yerləşən tikilinin sahəsi 4 min kvadrat metrdir.

Hotelə ümumilikdə 30 otaq, 1 restoran, 1 pub, 1 kafe və 1 çay evi daxildir.

Əlavə olaraq 4 mətbəx, sauna, üzmək üçün hovuz, türk hamamı, mərkəzləşmiş istilik sistemi, və işıq genaratoru, yerüstü və yeraltı qarajı, dekorativ ağacları, istirahət üçün "besetka"ları var.

Həyətdə ayrıca tikilmiş 1 mərtəbəli nömrələri, giriş-çıxışı ayrı olan kral nömrələri də mövcuddur. Bütün mebellə və yemək, içki servisi İtaliya istehsalıdır.

Rəsmi sənədi olan xüsusi mülkiyyəti satan şəxs bildirib ki, pulun yarısını nağd şəkildə, digər yarısını isə obyektlərlə barter etmək olar.


Azərbaycanda 7 milyon manata hotel satılır
Azərbaycanda 7 milyon manata hotel satılır
Azərbaycanda 7 milyon manata hotel satılır
Azərbaycanda 7 milyon manata hotel satılır
Azərbaycanda 7 milyon manata hotel satılır
Tarix: 14-02-2024, 09:28
Xəbəri paylaş





Xəbər lenti