Gömrük Komitəsi xaricdən gətirilən hər kq kərə yağına 9 manat alır - BƏS MARKETLƏR? (CƏDVƏL)


img
Bu ilin yanvar ayında Azərbaycan xaricdən ümumi dəyəri 5 milyon 441,8 min dollar olan 1 022,5 ton kərə yağı idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) olub.
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan kərə yağının ölkənin aparıcı supermarketlərindəki pərakəndə satış qiyməti gömrük dəyərindən təxminən 2 dəfə yüksəkdir.
Bu gün (23 fevral 2024) “Bravo”, “Araz” və “Bazarstore” supermarketlərində idxal olunan və yerli istehsal olan bəzi kərə yağlarının satış qiyməti aşağıdakı kimi olub:

img

Tarix: 24-02-2024, 08:28
Xəbəri paylaş





Xəbər lenti