Premium Bank bağlanır? - AKTUAL

Premium Bank bağlanır?
Mərkəzi Bankdan Premium Bank ilə bağlı “məcburi sərəncam” verilib.

Belə ki, Premium Bank ASC tərəfindən xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvar ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Premium Bank” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən banklar, o cümlədən Premium Bank üçün verilən“məcburi sərəncam” hansı əhəmiyyət daşıyır və yaxud həmin banklar nöqsana yol verdikdə təhlükə gözlənilirmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, Mərkəzi Bankın banklarla bağlı “məcburi sərəncam” imzalaması adi haldır:

“Hər zaman banklarda belə vəziyyət olur, bu, ciddi problem deyil. Premium Bank maliyyə hesabatında nə isə düzgün qeyd etməyib və Mərkəzi Bank da bununla bağlı “məcburi sərəncam” verib. Bankın vəziyyətində o zaman problem ola bilər ki, Mərkəzi Bankın tələblərinə cavab verməsin. Ancaq Premium Bank sadəcə məlumatı düz yazmayıb. Ümumilikdə Premium Bank orta səviyyəli bir bankdır. Elə də ciddi problemləri olan banklardan deyil”.
Tarix: 27-02-2024, 11:18
Xəbəri paylaş





Xəbər lenti