“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – Video


“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. 
Reportyor.info xəbər verir ki, bu dəfə müştərilərdən biri marketin vitrinində başqa, kassada ayrı qiymətlə qarşılaşıb. Belə ki, 15 ədəd yumurtanın üzərində 1,35 manat qeyd olunsa da, kassada verilən qəbzdə onun 1,65 manat hesablandığı məlum olub. Müştəri bununla bağlı video fakt paylaşıb. Ümumiyyətlə, “Araz” marketlərində istehlakçıların aldadılması, qiymətlərin düzgün qoyulmaması və ya fırıldaq işlədilməsi tez-tez olur.
Onu da deyək ki, “Veysəloğlu” MMC ilə bağlı cərimə protokolu tərtib edilib. MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Sözügedən maddəylə bağll danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması kimi qəbul edilir.


Tarix: 20-05-2024, 23:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}