“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət
Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi ““Hökumət evi” inzibati binasında həyata keçiriləcək bərpa və təmir işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Elvi.M.M. Services Group” MMC olub.

Qalib şirkətə 1 020 957 manat ödəniləcək.

Qeyd edək ki, “Elvi.M.M. Services Group” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 834 127 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Coşqun İsgəndərov Fəxrəddin oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq pr., ev 70, m. 168 ünvanında yerləşir.
Tarix: 19-05-2024, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}