«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ
İstehsalçısı "Uzun Ömür Süd Məhsullar" MMC olan süd məhsullarının tərkibində marqarin yağından istifadə olunur.

FED.az SUPERMARKET xəbər verir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., şimal hissəsi, Binəqədi şossesi ünvanında yerləşən "Uzun Ömür Süd Məhsullar" MMC süd məhsullarının istehsalı ilə məşğuldur.
Sözügedən şirkətin «İvanovna» adlı şor məhsulunun tərkibində marqarin yağı olsa da, bu məqam məhsulun üzərində açıqlanmayıb. Belə ki, adıçəkilən məhsulun qablaşdırmasının üzərində məhsulun tərkibində süd, quru süd, süd yağı əvəzedicisi, duz və qara çörək otu olduğu qeyd edilib.

FED.az SUPERMARKET istehsalçı firma ilə əlaqə yaradaraq süd yağı əvəzedicisi haqda məlumat alıb. "Uzun Ömür Süd Məhsullar" MMC-dən verilən məlumata görə bu yağ - marqarin yağıdır.
Tarix: 21-05-2024, 08:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}