Bu şirkət Cəbrayılda tikinti işləri müqabilində 4,7 milyon - QAZANACAQ

Bu şirkət Cəbrayılda tikinti işləri müqabilində 4,7 milyon
“MİDA” MMC “Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya və rabitə) şəbəkəsinin tikintisi işlərinin” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “İntegras” MMC olub.

Qalib şirkətə 4 704 654 manat ödəniləcək.

Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.
Tarix: 26-05-2024, 07:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}